Modern.az

Sabahdan bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Sabahdan bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Təhsil

8 May 2012, 15:08

Modern.az xəbər verir ki, Azərbaycanda keçiriləcək beynəlxalq velosiped turniri ilə əlaqədar mayın 9-dan 13-dək paytaxtda və respublikanın bəzi rayonlararası yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə  Baş Dövlət Yol Polis İdarəsinin rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş beynəlxalq velosiped turniri ilə əlaqədar mayın 9-da paytaxtın Azadlıq meydanı, Neftçilər prospekti boyunca Azneft dairəsində, Nobel prospekti, Zığ şosesində, mayın 10 və 12-də Bakı-İsmayıllı, mayın 11-də isə Qəbələ-Şəki yolunda nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

DYP sürücülərdən xahiş edir ki, qeyd olunan günlərdə həmin istiqamətlərdə fərdi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza