Fövqəladə Hallar Nazirliyi (FHN) Vəlvələ çayı üzərindəki körpünün qəzalı vəziyyətinə dair məlumat yayıb. Modern.az nazirliyin rəsmi internet saytına istinadən xəbər verir ki, Quba rayonunda Bakı-Quba yolunun 146-cı kilometrliyində Vəlvələ çayı üzərindən keçən, təxminən, uzunluğu 120 m, eni 10 m olan körpü qəzalı vəziyyətə düşdüyündən hər iki istiqamətdə hərəkət dayandırılıb. Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür.
Modern.az