Modern.az

Yaponiya arxivində Azərbaycan Xalq Cümhuriyyətini tanıma sənədi TAPILDI

Yaponiya arxivində Azərbaycan Xalq Cümhuriyyətini tanıma sənədi TAPILDI

14 May 2020, 23:11

“İki həftədən sonra Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümüdür. Paris Sülh konfransı Ali Şurasına daxil olan 5 dövlətdən (ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya) de-fakto müstəqilliyimizi sonuncu Yaponiya imperatorluğu tanıyıb - 1920-ci il fevralın 7-də. Bu tarixi hadisənin 100 illiyi ərəfəsində Budapeştdəki Yaponiya səfiri xanım Kuni Sato-dan Yaponiya XİN-nin arxivində hökumətinin qərarı ilə bağlı hansı sənədlərin saxlanması ilə maraqlanmağı xahiş etdim”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib.

“Yaponlara xas məsuliyyət və dəqiqliklə hərəkət edən xanım Sato 20 gündən sonra mənə Yaponiya XİN arxivindən 1-ci və 2-ci səhifələrinin şəklini verdiyim 6 səhifəlik sənədin surətini gətirdi. Maraqlıdır ki, bu sənəd Azərbaycan Cümhuriyyəti sülh nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşinin zəngin Paris arxivində də yoxdur. Səfir xanım bildirdi ki, ölkəsinin XİN-i Bakıdakı Yaponiya səfiri vasitəsi ilə sənədin texniki baxımdan daha mükəmməl nüsxəsini Azərbaycan tarixi muzeyinə təqdim etməyə hazırdır. Gerçək tarix beləcə vərəq-vərəq toplanır...”, - Vilayət Quliyev deyib.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi