Dünyada koronavirusa (COVID-19) yoluxmalar və pandemiyadan ölüm hadisələri yenidən artmağa başlayıb.
Modern.az xəbər verir ki, ötən gün 96 334 nəfərdə infeksiya aşkarlanıb, 5317 nəfər bu xəstəliyin qurbanı olub.
Ən çox yoluxma ABŞ (27 246), Braziliya (13 761), Rusiya ( 9 974), Peru (4298), Hindistan (3942), Böyük Britaniya (3446), Çili (2659), Səudiyyə Ərəbistanı (2039), Meksika (1862), İran (1808), Qətər (1733), Türkiyə (1635), İspaniya (1551), Kanada (1123) və Banqladeşdə (1041) qeydə alınıb.
Virusdan ən çox ölüm hadisəsi isə ABŞ (1715), Braziliya (835), Böyük Britaniya (428), Fransa (351), Meksika (294), İtaliya (262), İspaniya (217) və Kanadada (170) baş verib.
Qeyd edək ki, ötən günün nəticələrinə əsasən dünyada koronavirusa yoluxanların sayı 4 521 989, ölənlərin sayı 303 082, virusdan sağalanların sayı isə 1 702 152-yə yüksəlib.
T.İSMAYIL