Modern.az

Azərbaycanlı deputat Qorbaçovdan əl çəkmir

Azərbaycanlı deputat Qorbaçovdan əl çəkmir

8 May 2012, 17:21

20 yanvar hadisələrinə görə Mixail Qorbacovdan Nobel mükafatının geri alınması ilə bağlı millət vəkili Etibar Hüseynovun bu ilin fevral ayında başladığı antiQorbacov kampaniyası beynəlxalq aləmdə geniş əks-səda dogurub, bu barədə yerli və xarici mətbuat bir sıra materiallar dərc edib. Bu müddət ərzində məsələyə bir cox xarici ölkələrin millət vəkilləri, diplomatlar və ictimai-siyasi xadimləri də münasibət bildirərək öz dəstəklərini ifadə ediblər. Bu qəbildən olan növbəti görüş isə Litva səfirliyində baş tutub. Bu baradə saytımıza Etibar Hüseynov özü məlumat verib.

O deyib ki, növbəti ünvan kimi Litva səfirliyini secməyi hec də səbəbsiz deyil:

”Cünki bildiyimiz kimi, 13 yanvar 1991-ci ildə Vilnüsdə də qanlı olaylar törədilib. Və o vaxt da şəhərə hücüm edilməsi əmri məhz Mixail Qarbacovdan gəlmişdi. Bu baxımdan da Azərbaycan və Litva xalqları oxşar tarix və faciə yaşayıblar. Xalqlarımızı birləşdirəcək amillər coxdur. Ona görə də Litvanın ölkəmizdəki səfiri cənab  Keştutis Kudzmanasla cox səmimi və maraqlı söhbətimiz oldu. Cənab səfir başladığlmız antiQorbacov kampaniyası ilə yaxından tanış olduğunu və prosesi diqqətlə izlədiyini bildlrdi. Və bu də təsadüfi deyilmiş. Cünki söhbət zamani məlum oldu ki, cənab səfir Vilnüs hadisələrinin aktiv iştirakçısı, o cümlədən həmin qanlı hadisələrin cərəyan elədiyi Telleqüllənin fəal müdafiəçilərindən biri olub. Ona görə də Kudzmanasla söhbətımız cox anlaşıqli keçdi. O bizim bu aksiya barədə Litva ictimaiyyətinə, parlamentinə, o cümlədən Vilnüsdə fəaliyyət göstərən "13 yanvar-yaddaş" təşkilatının üzvlərinə  məlumat verəcəyini, onlarla əməkdaşlıqda bizlərə hər cürə köməkliyini əsirgəməyəcəyini söylədi. O cümlədən cənab səfir yaxın vaxlarda bizlərə Vilnüs hadisələri barədə kitablar və bukletlər, həmcinin  videomateriallar da verəcəyini bildirdi”.



Modern.az 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza