Modern.az

Nazirlik 14 nəfəri işdən çıxarıb

Nazirlik 14 nəfəri işdən çıxarıb

8 May 2012, 17:36

Keçən ildən başlayaraq, bir sıra dövlət qurumlarında 65 yaşa çatmış işçilərin ixtisarı davam etdirilir. Bu proses  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliyə uyğun olaraq, gerçəkləşdirilir. 2012-ci ilin birinci rübü ərzində bir sıra nazirlik  əməkdaşlarını təqaüdə göndərənlər siyahısında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də adı var. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Modern.az-a bildirdiyinə görə, bu ilin  ilk 3 ayı müddətində yaşı 65-i keçmiş 14 nəfər işdən azad olunaraq, təqaüdə göndərilib.

Nihadə Eyyubova
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza