Rusiya prezidenti Vladimir Putin Prezident İlham Əliyevə təbrik göndərib. Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərinə və Gürcüstan vətəndaşlarına Böyük Vətən Müharibəsində qələbənin 67-ci ildönümü münasibəti ilə təbrik göndərib. Putinin Prezident İlham Əliyevə ünvanlanan təbrikdə qeyd olunub ki, "Böyük Vətən Müharibəsinin cəbhəsində möhkəmlənən dostluq, qarşılıqlı yardım və etimad ənənələri bundan sonra da Rusiya və Azərbaycan arasında strateji əməkdaşlıq münasibətlərinin gələcəkdə inkişafı üçün güclü əsas kimi xidmət edəcək”.