Modern.az

Bu ölkə də koronavirusla vidalaşdı

Bu ölkə də koronavirusla vidalaşdı

Dünya

15 May 2020, 16:02

Dünyanın daha bir ölkəsində koronavirus xəstəsi qalmayıb.

 

Modern.az xəbər verir ki, Şərqi Timor Demokratik Respublikasında infeksiyaya yoluxmuş 24 nəfərin hamısı sağalıb.

Bundan başqa ölkədə 738 nəfərdən götürülmüş testin cavabı neqativ çıxıb.

 

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şərqi Timoru da koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 

Qeyd edək ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Surinam, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı və Müqəddəs Lüsiyada koronaviruslu xəstə qalmayıb.

 

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və ərazisində qeydə alınıb.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək