Modern.az

1418 günlük müharibə...

1418 günlük müharibə...

Təhsil

9 May 2012, 09:05


Bu gün 9 May - Qələbə günüdür. II Dünya Müharibəsində faşizm üzərində qələbə günü Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur.
II Dünya müharibəsində faşizm üzərində qələbənin 67-ci ili tamam olur. Hitler Almaniyasi ilə aparılan bu müharibədə 640 mindən çox Azərbaycan vətəndaşı iştirak edib, onların təxminən yarısı döyüşlərdə həlak olub. 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Böyük Vətən Müharibəsi adlandırdığımız qanlı savaş 1418 gün davam edib...

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə bir çox başqaları öz qəhrəmanlıqları ilə şan-şöhrət qazanıblar.

Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazıblar.

1941-1945 -ci illər müharibəsində iştirak etmiş soydaşlarımızdan 3300 nəfəri hazırda sağdır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza