Modern.az

Avropa İttifaqında məzuniyyətə gedənlər üçün interaktiv xəritə yaradılır

Avropa İttifaqında məzuniyyətə gedənlər üçün interaktiv xəritə yaradılır

Dünya

15 May 2020, 23:41

Avropa Komissiyası Avropa İttifaqı hüdudlarındakı bütün turizm obyektlərində vətəndaşların virusa yoluxma riskini minimuma endirmək üçün tezliklə həmin obyektlərin üzərinə yeni yaradılmış meyarlara və bu meyarların işləməsi üçün müəyyən olunmuş standartlara riayət etmək öhdəliyi qoyacaq.

Modern.az xəbər verir ki, o, müvafiq departamentə vətəndaşların internet vasitəsilə istifadə edə biləcəkləri interaktiv xəritə, o cümlədən mobil əlavələr işləyib hazırlamağı tapşırıb. Xəritədə Aİ-nin hər bir ölkəsinin, onun hər bir regionunun epidemioloji durumu dəqiq təsvir olunmalıdır.

Bildirilir ki, xəritə insanların öz məzuniyyətlərini planlaşdırarkən tam məlumatlı olmaları məqsədi ilə tərtib edilir.

Yaradıcılar interaktiv xəritəyə hər bir otel və restoranın və ya, məsələn, musiqi festivalları, idman yarışları və s. kimi ictimai tədbirlərin təhlükəsizlik tədbirləri barədə informasiya daxil etməyi düşünürlər.

Avropa Komissiyası öz interaktiv məhsulunu yay mövsümü başlayana qədər işə salmağı planlaşdırır. Lakin ayrı-ayrı regionlar, habelə turizm sektorunun ayrı-ayrı obyektləri barədə məlumatların proqramçılara vaxtında təqdim edilməsi üçün Aİ-nin bütün dövlətləri əlbir işləməlidirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək