Modern.az

Dünyanın ən son koronavirus STATİSTİKASI - Braziliyadan yeni antirekord

Dünyanın ən son koronavirus STATİSTİKASI - Braziliyadan yeni antirekord

16 May 2020, 09:14

Ötən gün dünyada 99 405 nəfərdə yeni növ koronavirus (COVID-19) aşkarlanıb, 5 072 nəfər virusdan vəfat edib.

 

Modern.az xəbər verir ki, yoluxmalar daha çox ABŞ (26 692), Braziliya (15 305), Peru (3 891), Hindistan  (3787), Böyük Britaniya (3 560), Çili (2 502), Meksika (2409), Səudiyyə Ərəbistanı (2307) və İranda (2102) baş verib.

 

Ötən gün pandemiyadan ən çox ölüm hadisələri isə ABŞ (1 595), Braziliya (824), Böyük Britaniya (384),  Meksika (257), Ekvador (256) və İtaliyada (242) qeydə alınıb.

 

Qeyd edək ki, son sutkanın göstəricilərinə əsasən dünyada 4 621 414 nəfərdə COVID-19 aşkarlanıb, 308 154 virusdan ölüb, 1 756 659 xəstə sağalıb.

 

T.İSMAYIL

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək