Modern.az

Orta məktəblərdə buraxılış imtahanlarının tarixi açıqlanıb

Orta məktəblərdə buraxılış imtahanlarının tarixi açıqlanıb

Ölkə

9 May 2012, 14:09

Azərbaycanın orta ümumtəhsil məktəblərində buraxılış imtahanlarının keçiriləcəyi tarix məlum olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə jurnalistlərə bildirib buraxılış imtahanlarının iyunun 2-dən başlayaraq keçirilməsi nəzərdə tutulur. Bütün regionları əhatə edəcək buraxılış imtahanları ilə bağlı müvəqqəti qaydalar artıq hazırlanıb. TQDK sədri bu qaydaların yaxın günlərdə mətbuatda dərc olunacağını bildirib.

Bu ildən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsini (attestasiyası) Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirəcək.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər