Nepalda yeni tip koronavirusdan ilk ölüm faktı qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Katmanduda xəstəxanada müalicə alan 29 yaşlı qadın pandemiyadan vəfat edib. Ölən qadın mayın 8-də ana olub. Evinə qayıtdıqdan sonra koronavirus pandemiyasına yoluxub.
Qadının doğum etdiyi xəstəxana bağlanıb. Eyni zamanda, yaşadığı kənd karantinə alınıb.
Qeyd edək ki, Nepalda bu günə kimi 281 nəfər yeni tip koronavirusa yoluxub.