Modern.az

Türkiyədə bərbər koronavirusa yoluxdu, 125 nəfər karantinə alındı

Türkiyədə bərbər koronavirusa yoluxdu, 125 nəfər karantinə alındı

17 May 2020, 09:14

Türkiyənin Kocaeli vilayətində koronavirusa yoluxan bərbər 125 nəfərin karantinə alınmasına səbəb olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Başiskele Kullar məhəlləsində baş verib.

 

Məhəllədə bərbər salonu işlədən şəxsin koronavirus testi müsbət çıxıb. Bununla əlaqədar 4 gün ərzində bərbərə gələn bütün müştərilər müəyyən olunub və 125 nəfər karantinə alınıb.

 

Mənbənin yazdığına görə, koronavirusun yaratdığı təşviş səbəbindən məhəllədəki əksər bərbər salonlarının açılmaması qərara alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək