Modern.az

17 may Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 may Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May 2020, 10:14

Mayın 17-si Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.

 

Modern.az xəbər veir ki, bu günün əlamətdar olması ilk Beynəlxalq Teleqraf Konvensiyasının imzalanması ilə Beynəlxalq Telekommunikasiya İttifaqının yaranmasının 1865-ci il mayın 17-nə təsadüf etməsi ilə bağlıdır. Əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanların səviyyəsinin yüksəldilməsi, rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin artırılmasına kömək etməkdir.

 

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunu “Transformasiya 2030: Davamlı İnkişaf Məqsədləri üçün İKT” təşkil edir. Mövzu iqtisadi, ekoloji və sosial dayanıqlığı inkişaf etdirmək üçün İKT ilə əlaqəli həll yollarına və yaranan meyillərə diqqət yönəltməyə hədəflənib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək