Modern.az

Çində koronavirusla bağlı son vəziyyət

Çində koronavirusla bağlı son vəziyyət

17 May 2020, 11:09

Çində son sutka ərzində daha 5 nəfərdə koronavirus aşkarlanıb, 8 pasiyent sağalıb, ölən olmayıb.

 

Modern.az  “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Qeyd edilir ki, yoluxma hallarından 3-ü ölkə daxilində (Tszilin əyalətində), 2-si isə xaricdən gələn şəxslərdə aşkarlanıb (biri Quandun, digəri isə Tyantszində).

 

Ölkənin tibb müəssisələrində 86 nəfərin müalicəsi davam etdirilir, onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir. 

 

Çində ümumilikdə 82 947 yoluxma, 4 633 ölüm halı qeydə alınıb, 78 227 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. 

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək