İŞİD terror qruplaşmasının bir neçə üzvü Suriyanın Haseke əyalətindəki həbsxanadan qaçıb.
Modern.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.
Məlumata görə, İŞİD terror qruplaşmasının 7 üzvü “Suriya Demokratik Qüvvələrinin” (SDQ) nəzarətində olan Əl Holl həbsxanasından qaçıblar.