Modern.az

Koronavirus lazer şüaları ilə müalicə olunacaq

Koronavirus lazer şüaları ilə müalicə olunacaq

20 May 2020, 12:03

BƏƏ lazer şüası vasitəsi ilə korona virusunu aşkar etmək üçün sürətli texnologiya inkişaf etdirir.

Modern.az xəbər verir ki, lazer şüaları texnologiyası qan hüceyrələrinə yoluxan kimi virusu müəyyənləşdirir. Kamera qan hüceyrələrində morfoloji dəyişikliyi aşkarlayır. Testlər və dərhal nəticələr ictimai yerlərdə verilə bilər. Bu texnologiyanın tətbiqi BƏƏ-nin tədqiqat, innovasiya və texnologiya mərkəzi kimi mövqeyini möhkəmləndirir

 

Qiymətli Kağızlar Bazarında siyahıya alınan Beynəlxalq Holdinq Şirkətinin (IHC) tibbi tədqiqat qolu olan QuantLase İmaging  Laboratoriyası müayinələr dairəsinin görünməmiş şəkildə genişləndirilməsinə, saniyələr ərzində yüksək sürətli qrup müayinələrini həyata keçirməyə imkan verən yeni bir vasitə hazırladığını elan edib.

Dünya alimlərinin koronavirusa yoluxma şübhəsi və yoluxmadan əvvəl potensial daşıyıcıları müəyyənləşdirmək üçün daha sürətli bir test üsulu hazırlamaq istədikləri bir vaxtda bu texnologiya BƏƏ-nin tədqiqat və innovasiya mərkəzi kimi mövqeyini gücləndirəcək.

 

Bu texnologiya mütəxəssislərə geniş miqyasda araşdırmalar aparmağa imkan verəcək, işçi qüvvəsində hadisələrin izlənilməsi və xəstəliklərin yayılmasının qarşısını almaq imkanlarını artıracaq.

Səhiyyə və Sosial Müdafiə Naziri Zati-aliləri Əbdül Rəhman bin Muhammed Əl-Ovais, bu kəşflə bağlı nikbin fikirlər ifadə edərək: “Biz hər zaman Covid-19-un erkən və sürətli aşkarlanması ilə əlaqədar yenilikləri izləyirik. Hökumət BƏƏ-də səhiyyə sisteminə kömək edən təşəbbüsləri dəstəkləməyə can atır. Səhiyyə işçiləri bu cihazı sınamaq üçün QuantLase ilə sınaqların gedişatını yaxından izləyirlər. İşlək və xalqımızı daha yaxşı qorumağa kömək edəcək bir texnologiyanı görməkdən qürur duyuruq. "

Öz növbəsində, son bir neçə ay ərzində araşdırma aparan və analiz edən laboratoriyadakı tədqiqatçılar qrupuna rəhbərlik edən  doktor Prumad Kumar virusa yoluxmuş qan hüceyrələrinin quruluşundakı dəyişiklikləri Elektron mikroskopdan istifadə edən vasitənin  (CMOS) testlərin kütləvi miqyasda aparılmasına və nəticələrin saniyə ərzində verilməsinə imkan verəcəyini bildirmişdir:

"Əslində, optik fazanın daxil edilməsinə əsaslanan lazer əsaslı DPI texnologiyası istifadəsi asan olmaqla yanaşı, cərrahi olmayan və ucuz qiymətə malikdir və saniyələr içində virusu təsbit edə bilər . Cihaz xəstəxana və ictimai yerlərdə, məsələn, kinoteatr və ticarət mərkəzlərində istifadə edilə bilər.  Bu vasitənin korona virusunun yayılmasında ən böyük paradiqma dəyişikliyi olacağını düşünürük. "

Süni intellektin diaqnostik sistemdəki vacib rolunu izah edən Dr. Kumar, inkişaf etmiş görüntü analiz modelinin hər görüntünün nəticəsini dəqiqlik, sürət və miqyasla proqnozlaşdıracağını vurğulamışdır. Bu, çox saylı görüntünün dəqiqliyi və səmərəliliyi ilə təhlil edilməli olan genişmiqyaslı test proqramlarında xüsusilə vacibdir. Laboratoriya lazer proqramını daha da inkişaf etdirmək üçün aparıcı AI(Süni İntellekt) və Cloud Computing şirkəti (Bulud Hesablamaları) olan G42-dən istifadə edir.

Bu ixtiranı şərh edən Beynəlxalq Holdinq Şirkətinin Direktorlar Şurasının üzvü Nader Ahmed Al Hammadi deyir: "Beynəlxalq Holdinq Şirkəti, BƏƏ rəhbərliyində Covid-19 virusunun yayılmasına qarşı aparılan yaradıcı səylərə, xüsusilə test və məlumatlılığın artırılması ilə bağlı verdiyi töhfədəki rolundan qürur duyur."

 

Doktor Kumar testlərin gedişatını izah edərək: "1000 nəfərin iştirak etdiyi ilk mərhələdə biz sınaqlara bəzi düzəlişlər etdik, sonra testlərin qalan mərhələlərində onları tətbiq etdik. Proses bir neçə mərhələdən keçdi və hamısı səhiyyə işlərinə cavabdeh olan qurumların birbaşa koordinasiyasından keçmişdir" – dedi.

Ümumdünya Səhiyyə Təşkilatı Covid-19-u mart ayında qlobal pandemiya elan etməsindən bəri, elm adamları bir tərəfdən diaqnoz üçün lazım olan vaxtı azaldan bir üsul inkişaf etdirməyə çalışmış və həkimlər digər tərəfdən xəstələrə diqqəti yönəldə bilmişdilər. Cari müayinələrin diaqnostik müddəti bir neçə saatdan çoxdur.

Doktor Kumar bu mövzuda laboratoriyanın bir neçə ay ərzində bu məhsulu bazara təqdim edə biləcəyinə ümid etdiyini bildirir: "Erkən mərhələdə sınaqlara gəlincə, DPI texnologiyası qan hüceyrələrinə yoluxduqdan sonra virusu aşkarlaya bilər . Məqsədimiz sona - nəticələrdə maksimum dəqiqliyə çatmaqdır. "

 

Elmi tədqiqatların aparılması və insanların rifahına nail olmağa yönəlmiş elmi yeniliklər və ixtiraların təşviqi, Birləşmiş Ərəb Əmirlikləri hökuməti tərəfindən 2018-ci ilin fevral ayında elan edilmiş qabaqcıl innovasiya üçün milli strategiyanın ən önəmli sütunlarından biridir. Burada strategiya beynəlxalq təşkilatlar və innovasiya sahəsində ixtisaslaşmış aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlıq təşviq edilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU