İctimai Palatının mayın 13–də keçirəcəyi aksiya ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətin cavabı hazırdır. Bu barədə Modern.az-a Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib. “Bir qədər əvvəl İcra Hakimiyyətindən zəng vurub dedilər ki, yaxın yarım saat ərzində rəsmi cavabı bizə göndərəcəklər”-deyə o vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə İctimai Palata 13 may tarixində mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edib. İctimai Palata yürüş-mitinqi “Dərnəgül” metrosunun qarşısındakı meydanda keçirmək istədiyini bildirib.
Anar Rüstəmov