Modern.az

Dünya Türk Gəncləri Türkiyədə toplaşacaq

 Dünya Türk Gəncləri Türkiyədə toplaşacaq

Təhsil

11 May 2012, 14:31
Modern.az-ın məlumatına görə, "Dünya Türk Gəncləri Birliyi" (DTGB) 17-19 may 2012-ci il tarixində Türkiyənin Ankara (Kızılcahamam) şəhərində DTGB 11-ci Liderlər toplantısını keçirməyə hazırlaşır. Açılış mərasimi may ayının 17-də  Ankarada Keçiören bələdiyyəsinin Estergon Qalası Mədəniyyət Mərkəzində DTGB-yə üzv təşkilatların rəhbər və nümayəndələrinin, TBMM və MM üzvlərinin, TürkPA və Türk Konseyi, 15 ölkədən  23 Türk dilli xalqı təmsilən 30 təşkilatın numayəndələrinin iştirakı ilə keçiriləcəkdir. Bu səfərki Liderler toplantısı DTGB-nin quruluşunun 20-ci il dönümünə təsadüf  edir.  Qeyd etmək lazımdır ki, 1992-ci ildə Tatarıstanda Kazan şəhərində əsası qoyulan  DTGB 18 ölkədən 36 Türk dilli xalqın 40-dan çox təşkilatlarını özündə birləşdirərək uzun illər Türk xalqlarının birlik və bərabərliyinə xidmət edən gənclik platforması kimi fəaliyyət göstərib, 2009-cu ildən etibarən DTGB rəhbərliyi Türkiyədən Azərbaycana keçib və 2010-cu ildən etibarən müstəqil ictimai birlik olaraq Azərbaycanda dövlət qeydiyyatına alınıb. May ayının 20-ə kimi davam edəcək olan toplantıda Birliyin 20 illik fəaliyyəti, Türk dünyası bölgələri arasında koordinasiyanın təşkil edilməsi və təkmilləşdirilməsi, son illərdə Türk dünyasında baş verən  proseslərin təhlili, DTGB-nin 15-ci qurultay hazırlıqları və yaxın  gələcəkdəki fəaliyyət planları müzakirə ediləcəkdir.  Yekun sənədin qəbulundan sonra Türkiyədə  Mustafa Kamal Atatürkün anım gününə həsr olunmuş  19 May İdman və Gənclər günü bayramı münasibəti ilə Anıtkabir ziyarət ediləcəkdir. Toplantıya  DTGB Sədri Əkrəm Abdullayev başçılıq edəcəkdir.

 


 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza