|
Bu barədə Modern.az saytına İcitmai Palatanın Koordinasiya Şurasının üzvü Tofiq Yaqublu məlumat verib. T.Yaqublu bildirib ki, müxalifət əvvəlcədən qeyd etdiyi kimi göstərilən yerdə mitinq keçirməyə icazə verilmədiyi təqdirdə razılaşdırılmamış aksiya keçirəcək.
“Biz əvvəlcədən də demişdik ki, Bakı Şəhər İcra Hakimiyyəti bizim göstərdiyimz yerə icazə verməsə razılaşdırılmamış aksiya keçirəcəyik. Məsələ İctimai Palatada müzakirə olunub, yekub qərar veriləcək”-deyə T.Yaqublu vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə İctimai Palata 13 may tarixində mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edib. İctimai Palata yürüş-mitinqi “Dərnəgül” metrosunun qarşısındakı meydanda keçirmək istədiyini bildirib.
Anar RÜSTƏMOV