Modern.az

“Azərsu” “Qaynar xətt”inə daxil olan şikayətləri açıqladı

“Azərsu” “Qaynar xətt”inə daxil olan şikayətləri açıqladı

Təhsil

11 May 2012, 16:14

2012-ci ilin aprel ayında “Azərsu” ASC-nin 955 saylı “Qaynar Xətt”inə abunəçilər tərəfindən 343 müraciət daxil olub və zənglərin əksəriyyəti Bakı şəhərində yaşayan vətəndaşlar tərəfindən edilibr.
”Azərsu”yun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müraciətlərin təqribən 58,3 faizi və ya 200-ü su xətlərindəki qəza ilə bağlı olub. Ötən ay “Azərsu” ASC-nin “Qaynar xətt”inə suyun verilməməsi ilə əlaqədar 93, kanalizasiya sistemindəki tutulmalarla bağlı isə 50 zəng olunub. Aprel  ayında suyun tərkibi ilə bağlı abunəçilər tərəfindən müraciət daxil olmayıb.  Müraciətlərin sayı mart ayı ilə müqayisədə 126 zəng və ya 26,8 faiz azalıb. Qeyd edək ki, bildirişlərin çatdırılması, sayğac problemləri və ödənişlərlə bağlı “Qaynar Xətt”ə edilən müraciətlər yerli Sukanal  idarə və departamentlərinə yönləndirilir.
”“Azərsu” ASC-nin “Qaynar xətt”inə edilən 343 müraciətin hamısı  Səhmdar Cəmiyyətin müvafiq bölmələri tərəfindən araşdırılıb və problemlər öz həllini tapıb”-deyə qurumdan bildirilib.

Modern.az

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza