Mayın 11-də Müsavat Partiyasının qərargahında istiqlalçı deputatların toplantısı keçirilib. Toplantıda 1991-ci ildə Azərbaycanın müstəqilliyinə səs verən və bu baxımdan hazırda "istiqlalçı deputatlar" adı ilə tanınan ictimai-siyasi xadimlər adından ölkə başçısı İlham Əliyevə siyasi məhbusları azadlığa buraxmaq üçün müraciət qəbul olunub. Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:
- Hörmətli cənab Prezident!
"Azərbaycanın ən böyük sərvəti müstəqilliyimizdir". Bu fıkir Sizə məxsusdur. Azərbaycan Respublikasının dövlət müstəqilliyi həqiqətən Azərbaycan xalqının ən böyük sərvəti və tarixi nailiyyətidr.
1991-ci il oktyabrm 18-də Ali Sovetdə dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən sonra Azərbaycan Respublikası dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfmdən müstəqil dövlət kimi tanındı və BMT-nin üzvü seçildi.
Xarakterik bir haldır ki. postsovet respublikalarında dövlət müstəqilliyini gerçəkləşdirən deputatlara - siqnatorlara dövlət səviyyəsində ən yüksək hörmət və qaygı göstərilir. Bir sıra ölkələrdə istiqlalçı deputatlar Milli Qəhrəman fəxri adları. ali dövlət mükafatlarıyla təltif edilib, onlara güzəştli yüksək pensiya və başqa imtiyazlar verilib. Lakin inanılmaz bir haldir ki, Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində dəyərli xidmətləri olan istiqlalçı deputatların əksəriyyəti dövlət qayğısından kənarda qalmışdir.
Azərbaycanda dövlət müstəqilliyinin əldə edilməsində istiqlalçı deputatlardan Arif Hacılı da fəal iştiräk etmişdir. O, həm də 1988-ci ildən Azərbaycanda başlanmış demokratik hərəkatm rəhbərlərindən biri, 1991-1993-cü illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri və dövlət müşaviri olmuşdur. Sonrakı illərdə Müsavat Partiyası Başqanının müavini və partiyanın Mərkəzi Icra Aparatının rəhbəri vəzifəsində çalışan Arif Hacılı 02 aprel 2011-ci il tarixində Bakı şəhərinin Fəvvarələr meydanında təyin olunmuş mitinqə gedərkən yolda mülki geyimdə olan polis zabitləri tərəfmdən saxlanılmış və sonradan ona qarşı AR Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ittiham irəli sürülərək 2 il 6 ay müddətinə azadhqdan məhrum edilmişdir. Artıq 14 aydır ki. 50 yaşlı A.Hacılı əsassız olaraq həbsdə saxlanıhr. Halbuki, Arif Hacılıya və onunla birlikdə həbs olunan digər mitinq iştirakçılarına qarşı tətbiq edilən ittiham maddəsinin sanksiyasında azadhqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəzalar da nəzərdə tutulmuşdur.
Biz, bu məktubu imzalayan istiqlalçı deputatlar, cənab Prezident, Sizdən xahiş edirik ki, yuxarıda göstərilənləri və həm də Arif Hacılının ailə başcısı və himayəsində 3 nəfər ailə üzvünün olmasını nəzərə alaraq onun və digər mitinq iştirakçılarının həbsdən azad olunmasına kömək edəsiniz.
Belə hesab edirik ki, Sizin bu humanist qərarmız Avropada sülh və banşığa xidmət edən "Eurovision-2012" mahnı müsabiqəsinin fınal mərhələsinin Bakıda keçiriləcəyi ərəfədə Azərabycan Respublikasının beynəlxalq nüfuzunun artmasına müsbət təsir göstərər və ölkədə vətəndaş həmrəyliyinin bərqərar olmasında əhəmiyyətli rol oynaya bilər.
Ümidvarıq ki, bizim bu çağırışımız nəticəsiz qalmayacaqdır.