Modern.az

Umud Rəhimoğlu jurnalistlərə Beynəlxalq Mətbuat İnstitutunun vəsiqəsini verdi – FOTO

Umud Rəhimoğlu jurnalistlərə Beynəlxalq Mətbuat İnstitutunun vəsiqəsini verdi – FOTO

Təhsil

11 May 2012, 19:12

Bu gün  Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin toplantısı keçirilib. BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun sədrliyi ilə keçirilən toplantıda qurumun fəaliyyəti geniş müzakirə edilib. U.Rəhimoğlu BMİ-nin missiyası ilə yeni üzvlərin cəlb edilməsi və Milli Komitələrin qurulması üçün aprel-may aylarında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, BMİ-nin üzvü Azər Həsrətlə Orta Asiyaya etdikləri səfər barədə ətraflı məlumat verib.

Toplantıda iştirak edən BMİ-nin Azərbaycan Milli Komitəsinin üzvləri Əflatun Amaşov (Azərbaycan Mətbuat Şurasının sədri), Vüsalə Mahirqızı (APA-nın baş direktoru), Rəşad Məcid (“525-ci qəzet”-in baş redaktoru), dr. Ramiz Əskər (Azərbaycan Jurnalıistlər Birliyinin baş katibi), Müşfiq Ələsgərli (JuHİ sədri), Yadigar Məmmədli (Demokratik Jurnalistlər Liqasının sədri) çıxış edərək təşkilatın fəaliyyəti barədə öz rəy və təkliflərini bildiriblər. Sonda U.Rəhimoğlu Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbərləri Nik Nvolisa və Rey Kərimoğlu da daxil olmaqla BMİ-nin Azərbaycan Milli Komitəsinin üzvlərinə Vyanada təsdiq olunub gəlmiş beynəlxalq statuslu üzvlük vəsiqələrini təqdim edib. Qeyd edək ki, BMİ-nin Azərbaycan Milli Komitəsinə yeni qəbul edilmiş üzvü, hazırda Horveçdə səfərdə olan Eynulla Fətullayevin vəsiqəsi ona ölkəyə dönəndən sonra təqdim ediləcək.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza