Modern.az

Səfa Mirzəyevə 60 yaşında “Şöhrət” ordeni verildi

Səfa Mirzəyevə 60 yaşında “Şöhrət” ordeni verildi

Təhsil

11 May 2012, 19:31

Prezident İlham Əliyev Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev “Şöhrət” ordeni ilə təltif edilib.

Modern.az saytının məlumatına görə, mayın 12-də Səfa Mirzəyevin ad günüdür, onun 60 yaşı tamam olur. Mirzəyev Səfa Abbas oğlu 1952-ci il mayın 12-də anadan olub. Hüquq elmləri namizədi, 1-ci dərəcə dövlət müşaviri, əməkdar dövlət qulluqçusudur.
Sabiq SSRİ-nin Konstitusiya Məhkəməsinin üzvü olub. 1992-ci ildən Milli Məclis Aparatında işləyir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza