Modern.az

Elmar Məmmədyarov Çavuşoğlu ilə müzakirə apardı

Elmar Məmmədyarov Çavuşoğlu ilə müzakirə apardı

24 May 2020, 22:15

Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu ilə telefon söhbəti olub.

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Elmar Məmmədyarov həmkarı Mevlüt Çavuşoğlunun Azərbaycanın 28 May Respublika Günü münasibətilə səmimi təbriklərini qəbul edib.

Tərəflər habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər və ən xoş arzularını ifadə ediblər.

Nazirlər həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI