Modern.az

Fransada 28 367 nəfər COVİD-19-un qurbanı olub

Fransada 28 367 nəfər COVİD-19-un qurbanı olub

25 May 2020, 00:46

Fransada koronavirus qurbanlarının sayı artıb.

 

Modern.az xəbər verir ki, son sutkada virusdan 35 nəfər ölüb. Bununla da Fransada COVİD-19-dan 28 367 nəfər dünyasını dəyişib.

 

Koronavirusa yoluxma nəticəsində xəstəxanaya yerləşdirilənlərin sayı gün ərzində 17 185 nəfərə yüksəlib. İndiyədək ölkədə 182 584 nəfərdə COVID-19-a yoluxma faktı təsdiqlənib. 

 

Fransa Baş Səhiyyə İdarəsinin məlumatına görə, hazırda ölkə xəstəxanalarının reanimasiya şöbələrində ağır vəziyyətdə olan 1 655 koronaviruslu xəstə var.


Ümumilikdə, epidemiyanın əvvəlindən bəri 100 340 nəfər xəstəxanaya müraciət edib, onlardan 17 725 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. 64 617 nəfər isə evə buraxılıb.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI