Dünyanın daha bir ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.
Modern.az xəbər verir ki, Avropa qitəsində yerləşən Monteneqroda infeksiyaya yoluxmuş 324 nəfərdən 9-u vəfat edib, 315 xəstə isə sağalaraq evə buraxılıb.
Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Monteneqronu koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.
Qeyd edək ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca və Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Qrinland, Seyşel Adaları, Makao və Müqəddəs Kitts və Nevis və Trinidad və Tobaqo Respublikasında koronaviruslu xəstə qalmayıb.
ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.
T.İSMAYIL