Modern.az

Prezident açıqladı: “Koronavirusa uğurla qalib gəldik”

Prezident açıqladı: “Koronavirusa uğurla qalib gəldik”

Dünya

25 May 2020, 14:34

Monteneqro koronavirusa qalib gəlib, ölkədə yeni yoluxma halı aşkarlanmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Monteneqro Prezidenti Milo Cukanoviç özünün Tvitter səhifəsində yazıb:

 

“Monteneqro koronavirusa uğurla qalib gəlib. Daha xəstə qalmayıb. Ən mühüm dəyər olan insan həyatı uğrunda böyük mübarizənin bu mərhələsi uğurla yekunlaşıb”.

 

Monteneqro ictimai sağlamlıq institutunun bazar günü yaydığı məlumata görə, 68 gün ərzində ölkədə ilk dəfə olaraq heç bir yoluxma halı aşkarlanmayıb, müalicə olunanların hamısı sağalıb. Ölkənin Səhiyyə Nazirliyi bildirir ki, epidemiyanın əvvəlindən bəri ümumilikdə 324 nəfər xəstələnib, 9 nəfər vəfat edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI