Rusiyada ötən sutka daha 8915 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 174 nəfər virusdan ölüb.
Modern.az xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 362 342-yə, vəfat edənlərin sayı isə 3807-yə yüksəlib.
Qeyd edək ki, son günlər Rusiyada pandemiya qurbanlarının sayında kəskin artım müşahidə edilir.
T.İSMAYIL