Modern.az

Əsgərlik yaşı çatan abituriyenlər TQDK-dan kömək istəyiblər

Əsgərlik yaşı çatan abituriyenlər TQDK-dan kömək istəyiblər

Təhsil

14 May 2012, 14:04

2012/2013-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas məktəblərinə ərizə qəbulunun gedişində vətəndaşlar tərəfindən hərbi çağırışdan möhlət alınmasına dair Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına çoxsaylı müraciətlər daxil olmaqdadır.

TQDK bubunla əlaqədar olaraq bildirib ki, Azərbaycan Respublikasında hərbi çağrışla bağlı bütün məsələlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə daxildir.
Qəbul qaydalarına əsasən ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirmiş 18 yaşı tamam olan ( 1994 cü il iyulun 30-na qədər anadan olmuş ) 35 yaşınadək olan çağrışçıların ali və orta ixtisas təhsil müəssisələrinə sənəd vermək üçün möhlət haqqında arayış və hərbi sənədlərində bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza