Modern.az

TQDK sənəd verən abituriyentlərin yeni STATİSTİKASINI açıqladı

TQDK sənəd verən abituriyentlərin yeni STATİSTİKASINI açıqladı

Təhsil

14 May 2012, 14:14

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali  təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verənlərin yeni statistikasını açıqlayıb.

Bildirilib ki, 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər mayın 16-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və mayın 18-dək tələb olunan sənədləri Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. 

Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat (14 may 2012-ci il saat 10:00-a olan statistik məlumat)

 

İxtisas qrupları

 

Bolmə

I qrup

II qrup

III qrup

IV qrup

Cəmi

Azərbaycan

25100

17171

24181

10555

77007

Rus

3136

2830

2904

1153

10023

Cəmi

28236

20001

27085

11708

87030

 


Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turlarda iştirak  etməlidirlər

Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalı, onu təsdiq etdirməli və seçdikləri ixtisasa müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) mayın 1-dən 18-dək TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək seçmə turda iştirak etməli və müvəffəqiyyət qazandıqları təqdirdə  qeydiyyatdan keçməlidirlər.

Seçmə tur Təsviri sənət, Musiqi sənəti, Memarlıq və dizayn, Teatr, kino və xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətləri üzrə keçirilir.

QİK-lər ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan və Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki şəhərlərində və Ağdam rayonu Quzanlı qəsəbəsində fəaliyyət göstərir. Bakı şəhərində 6 (ADRA, BMA, AMİU, AMK nəzdində Musiqi Kolleci, ADMİU-nun “Səda” Tədris Teatrı, ADBTİA), regionlar üzrə isə 6 (Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Şəki Musiqi Kolleci, TQDK-nın Lənkəran regional bölməsi, Ağdam Musiqi Kolleci) tədris müəssisəsində Qabiliyyət İmtahanı Komissiyası təşkil olunub.

Qabiliyyət imtahanlarının cədvəli yaxın vaxtlarda TQDK-nın internet saytında veriləcək.

TQDK-dan bildirlib ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna  (Universitetinə) ərizə qəbulu davam edir

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda  (Universitetində) Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb.

İmtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər (ünvan: Akademik Həsən Əliyev küçəsi, 17). Qeydiyyat 2012-ci il 14, 15, 16 may tarixlərində saat 10:00-dan 17:00-dək aparılacaq.

 

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza