Beynəlxalq Yerüzü Doktorlar Təşkilatı və “Lider Qadınlar” Birliyinin əməkdaşlığı çərçivəsində Türkiyənin tanınmış uroloq və cərrah professor və həkimləri bu gündən mayın 17-ə qədər mərhum prezident Heydər Əliyevin xatirəsinə hörmət əlaməti olaraq təmannasız uşaqlar arasında dovşandodaq, qurdağız ve böyrək xəstəlikləri üzrə müayinə, müalicə və əməliyyat edəcəklər.
Bu barədə Modern.az saytına millət vəkili Məlahət İbrahimqızı məlumat verilib.
Deputat qeyd edib, indiyədək Gədəbəy, Şəmkir, Ağstafa və Qazaxdan 30-dan çox müxtəlif anadangəlmə qüsurlu ve 100-ə yaxın böyrək xəstəlikləri olan uşaqlar, onların valideyinləri müraciət ediblər. Layihə çərçivəsində əcnəbi həkimləri yerli həkimlərlə birgə təcrübə mübadiləsi də keçirəcəklər.
M.İbrahimqızının sözlərinə görə, humanitar layihə millət vəkilləri Sahibə Qafarova və Sevinc Hüseynvovanın birgə dəstəyi ilə həyata keçirilir.
Modern.az