Birləşmiş Millətlər Təşkilatının Xüsusi Məruzəçisi Anand Grover səhiyyənin maliyyələşdirilməsinin, vərəmin və həbsxana və müvəqqəti saxlama təcridxanalarında səhiyyə xidmətinin spesifik insan hüquqları aspektləri də daxil olmaqla ölkədə sağlamlıq hüququnun həyata keçirilməsi ilə bağlı məsələləri qiymətləndirmək üçün 16-23 may 2012-ci il tarixində Azərbaycana səfər edəcək. Bu barədə BMT-nin Bakıdakı ofisindən Modern.az-a məlumat verilib.
“Mən, xüsusilə, vərəm xəstəliyinin mühüm sağlamlıq problemi olduğu və dərmana davamlı irsi əlamətlərin Avropada ən yüksək səviyyələrdə mövqeləşdiyi bir ölkədə sağlamlıq hüququ ilə vərəm xəstəliyinin profilaktikası, müalicəsi və ona qayğı arasındakı qarşılıqlı əlaqəni araşdıracağam,” deyə BMT İnsan Hüquqları Şurasının hər kəsin əldə edilə bilən ən yüksək fiziki və əqli sağlamlıq standartlarından istifadə etmə hüququnun həyata keçirilməsini müşahidə etmək üçün təyin etdiyi müstəqil ekspertin Azərbaycana ilk missiyasını elan edən cənab Grover bildirib.
“Vərəm xəstəliyi Azərbaycanda həm ictimai sağlamlıq, həm də insan hüquqları üçün böyük təhlükədir. Müstəqil ekspertə görə, insanların vərəmə qarşı həssaslığı və bu xəstəliyin diaqnozu, müalicəsi və qayğı xidmətlərindən istifadə imkanı əhəmiyyətli dərəcədə onların öz insan hüquqlarını həyata keçirmək bacarığı ilə əlaqədardır. “Vərəmin yayılmasını məhdudlaşdırmaq üçün müəyyən imkan olarsa, təhqir və diskriminasiya kimi kritik məsələlər gündəliyin mərkəzində dayanmalıdır”.
Hökumətin dəvəti ilə Azərbaycana səfər edəcək Grover hökümət nümayəndələri, Parlament üzvləri, beynəlxalq ictimaiyyət, həkimlər və o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək.
BMT-nin Xüsusi Məruzəçisi səfərinin ilkin nəticələrini 23 may çərşənbə günü Bakının Hyatt Regency Otelində (Şamaxı zalı) keçiriləcək mətbuat konfransında ictimaiyyətlə paylaşacaq.
Azərbaycana səfərindən sonra Qrover, 24 may tarixindən 1 iyun tarixinə qədər fakt araşdırıcı missiyası ilə bağlı Tacikistana səfər edəcək.
Modern.az