Modern.az-ın məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Jak For (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik regiona səfərləri ilə bağlı bəyanatla çıxış ediblər.
Bu barədə ATƏT-in rəsmi internet saytına qeyd olunub. Həmsədrlərin bəyanatında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son səyləri müzakirə etmək üçün prezidentlər İlham Əliyev və Serj Sarkisyanla görüşləri öz əksini tapıb.
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri tərəflərlə yanvarda Soçidə prezidentlər İlham Əliyev və Serj Sarkisyanın birgə bəyanatında qəbul etdikləri öhdəlikləri necə yerinə yetirmək, o cümlədən hərtərəfli sülh nizamlanması üçün zəmin qismində əsas prinsiplər haqqındakı saziş üzərində işi sürətləndirmək, atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizmləri üzərində iş, habelə humanitar əlaqələri hazırlamaq haqqında müzakirəni davam etdiriblər.
Həmsədrlər bu yaxınlarda təmas xətti boyunca baş verən insidentlərlə bağlı narahatlıqlarını ifadə ediblər və tərəfləri təmkinli olmağa və qisasdan çəkinməyə çağırıblar.
Bəyanatda 1994-cü ildə imzalanan atəşkəs haqqında sazişin möhkəmləndirilməsi və etibarın artırılması üçün hərbi və insanlar arasındakı əlaqələr sahəsində etimad tədbirlərinin inkişafını məsələsi müzakirə göstərilir. Bundan başqa, həmsədrlər yekun və davamlı sülhə nail olmaq üçün davam edən danışıqları nəzərə almaqla, region xalqlarının ümumi irsini qorumaq üçün Azərbaycan və Ermənistan mədəni və tarixi dəyərlərinin qiymətləndirilməsi və mühafizə edilməsinin vacibliyini müzakirə ediblər.
Modern.az