Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, rus bölməsi abituriyentləri üçün 13 may 2012-ci il tarixində Azərbaycan dili fənnindən keçirilən test imtahanının nəticələri açıqlanıb. Nəticələr qurumun rəsmi internet saytında yerləşdirilib. (//www.tqdk.gov.az/azru12/RusAz.aspx)
Qeyd edək ki, imtahanda iştirak edən abituriyentlər nəticələrini 7727 nömrəsindən boş SMS göndərməklə də öyrənə bilərlər.
Modern.az