AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, ölkənin şimal-qərb bölgəsində intensiv zəlzələlər davam edir. Belə ki, bu gün səhər saatlarında Zaqatala rayonunda növbəti dəfə zəlzələ olub. Yeraltı təkan Zaqatala rayonunda yerli vaxtla saat 05:30:04 –da qeydə alınıb. Zəlzələ şəhərdən 3 km cənubda baş versə də rayon ərazisində 3 bal gücündə hiss olunub. İlkin məlumatlara görə, baş verən zəlzələ nəticəsində insan tələfatı olmayıb.
Modern.az