Modern.az

Zaqatalada 5 bal gücündə zəlzələ olub

Zaqatalada 5 bal gücündə zəlzələ olub

Təhsil

15 May 2012, 11:22

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, ölkənin şimal-qərb bölgəsində intensiv zəlzələlər davam edir. Bu gün artıq ikinci dəfə Zaqatala rayonunda yeraltı təkan qeydə alınıb. Yerli vaxtla saat 09:54:13-da, Zaqataladan 3.4 km cənubi-şərqdə qeydə alınan zəlzələ episentrdə 5  bal, yaşayış məntəqələrində də isə 4.3 bal gücündə hiss olunub. Ilkin məlumatlara görə, zəlzələ nəticəsində insan tələfatı yoxdur.

****

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə Zaqatalada üçüncü zəlzələ yerli vaxtla saat 10:17 radələrində baş verib. Zəlzələ episentrdə 3.5 bal, episentrə yaxın yaşayış məntəqələrində 3.0-2.0 gücündə bal hiss olunub. İnsan tələfatı yoxdur.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza