Modern.az

Sentyabrda bələdiyyələrə xəritələr veriləcək

Sentyabrda bələdiyyələrə xəritələr veriləcək

Təhsil

15 May 2012, 13:09

Bakı, Sumqayıt və Gəncə bələdiyyələrinin xəritərəri sentyabrda tam hazır olacaq. Modern.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında çıxış edən parlamentin sektor müdiri İdrak Qarayev bildirib. Onun  sözlərinə görə, uzun müddətdir bölgələrdə yaranan problemlər bu yolla aradan qaldırılacaq:

“Bələdiyyələrin xəritələrinin hazırlanması ilə bağlı məsələ yekunlaşmaq üzrədir. Sentyabr ayında bələdiyyələrin xəritələri reystrlə birlikdə bələdiyyə orqanlarına paylanmağa başlanacaq. Bakı, Gəncə və Sumqayıt bələdiyyələrinin xəritələrinin tərtib edilməsi ilə bağlı araşdırma hazırda davam edir. Bu istiqamətdə yaranan problemlər aradan qaldırılacaq və bələdiyyələrin xəritələri tərtib olunacaq”-deyə İ.Qarayev qeyd edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza