Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. İclasda 4 əsas məsələ müzakirəyə çıxarılıb. Komitəsin iclasında “Gəncə şəhərinin Nətavan qəsəbəsinin adının dəyişdirilməsi haqqında” qanun layihəsi, “Bələdiyyələrin statusu haqqında” qanun layihəsi, “Bələdiyyələrin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” qanun layihəsi və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanun layihəsi müzakirə olunub. İclasda çıxış edən komitə sədri Arif Rəhimzadə Gəncə şəhərində yeləşən Nətavan qəsəbənin adının dəyişdirilməsinin mühüm olduğunu diqqətə çatdırıb. Deputatın sözlərinə görə, qəsəbə Azərbaycanın xalq şairəsinin adını daşıdığı üçün düzgün qeyd olunmalıdır.
Müzakirələr zamanı Gəncə şəhərində olan Nətavan qəsəbəsinin adı dəyişdirilib Natəvan qoyulub.
Komitə daha sonra “Bələdiyyələrin statusu və nizamnamələri haqqında” qanun layihəsini təsdiqləyib. Deputat Tahir Rzayev layihə ilə bağlı çıxış edəndən sonra komitə üzvləri bu qanun layihəsini də dəstəkləyiblər.
Modern.az