Modern.az

Jurnalistika fakültəsinin dekanı edəcəyi yeniliklərdən danışdı: “Buna səbr lazımdır...”

Jurnalistika fakültəsinin dekanı edəcəyi yeniliklərdən danışdı: “Buna səbr lazımdır...”

Təhsil

15 May 2012, 13:58

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə yeni dekanı Şamil Vəliyev fakültədə hazırda görülən işlər, edilən yeniliklər barəsində Modern.az-a danışıb.

“Bu müddət üçün onu deyə bilərəm ki, artıq iş prosesinə tam uyğunlaşma gedir. Semestr başa çatır, semestr yekunları ilə bağlı tələbələrin xeyli, müxtəlif səpgili  problemləri var. Onların hər birinin problemini dinləmək, cavab vermək xüsusi məsuliyyət, səbr tələb edir. Amma işini bilən, işin içində olan üçün heç nə çətin deyil. Semestr yekunları, imtahanları ilə bağlı qayğılarımız  var. İmtahan biletlərinin hazırlanması, məşğələ saatlarının keçirilməsi  prosesi davam edir. Eyni zamanda, dəvətlər alırıq. Dünən Belarusdan dəvət almışıq, orada iştirak etmək lazımdır. Beynəlxalq simpozium, elmi konfrans keçiriləcək. Biz də çalışırıq ki, orada iştirak edək”.

Heç bir çətinliyin olmadığını deyən dekan hələki işin qaydasında getdiyini bildirib.

“Tədris, elmi, təşkilatı işlərimiz öz axarı ilə gedir, hələki problemimiz,çətinliyimiz  yoxdur. Hətta bu arada tələbələrimiz futbol yarışında iştirak ediblər. Üçüncü yer də olsa, fakültəyə kubok gətiriblər”.
Dekan bildirib ki, fakültəni hələ qarşıda çox böyük uğurlar gözləyir. “Təbii ki  qarşıda görüləcək  işlərimiz çoxdur. Tələbələrimizin reytinq cədvəlində birinci yerdə durması mənim üçün böyük bir sevincdir. Çünki mən tələblərimlə nəfəs alıram. Mənim dekan gəlməyimi də tələbələr, müəllimlər,  kollektiv çox böyük rəğbətlə qarşıladı. Buna görə, işləməyə dəyər. Fakültədə yeni yaradılacaq studiya ilə bağlı hələki bir xəbər yoxdur. Semestr işlərinə baş qarışıb, amma müfaviq  bir vaxtda bu işlə də məşğul olacağıq. Fakültədə yeni internet TV yaradılacaq. Bunun üçün  rektorluq da xüsusi bir otaq ayırıb.Yeni avadanlıqların  alınma  prosesi  gedir. Bu layihə İnternet Forumunun rəhbəri Osman Gündüz və bizim fakültəylə müştərək hazırlanır. Buraya həm bizim, həm də digər universitet tələbələri də cəlb olunacaqlar. Çox güman ki, layihə sentyabr-oktyabr aylarında reallaşacaq”.

Dekanın verdiyi məlumata görə, digər illərdən fərqli olaraq, yeni dərs ilində komunikasiya ilə bağlı bir sıra fənlər  keçiriləcək.

“Yeni fənnlər, əsasən  multimedia, onlayn jurnalistikası üzrə proqramların hazırlanma prosesi  gedir. Bununla bağlı tədris proqramlarında  müəyyən tematik bölgülər olacaq.Yeni dərs ilində multimedia jurnalistikasına aid dərslər keçiriləcək”.
 
Xatırladaq ki, professor Şamil Vəliyev aprelin 24-dən dekan postunu tutub.

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza