Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Faiq İsmayılovun hazırladığı “LAÇIN:həqiqətlər, mülahizələr, tarixi dəyərlər” kitabının təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, kitabı Azərbaycan Respubliikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməkliyi ilə Azərbaycanın İşğal Olunmmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkliatı İctimai Birliyi ərsəyə gətirib. Tədbirdə Laçın rayonundan olan ziyalılar, sadə sakinlər, media nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov kitabın çap olunmasını yüksək qiymətləndirib.
“Bu kitabın çap olunmasında əsas məqsəd beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin fikrini Dağlıq Qarabağ problemə yönəltməkdir”.
Daha sonra kitabın müəllifi Faiq İsmayılov danışıb. O, bildirib ki, ermənilər hər zaman Laçın ərazisini öz ərazilər kimi dünyaya car çəkməyə çalışıblar. Bunun üçün ingilis və rus dilində kitablar çap ediblər.
“Biz bu kitabda Laçın ərazisində yaşayan tayfalar və tarixi abidələr haqqında daha yeni araşdırmalar aparmışıq. Bir çox məqamlar var ki, onlar hələ indiyə kimi Azərbaycan mətbuatında dərc olunmayıb. Kitabda Laçında yaşayan bir sıra görkəmli xadimlərin həyatı işıqlandırılıb. AXC-nin qurulmasında böyük köməyi olan Xosrov bəy və Mürsəl bəy Şahsuvarov bu torpağın yetişdirməsidirlər”.
QHT Şurasının üzvü Vüqar Qədirov da kitab haqqında fikirlərini bölüşüb. Daha sonra erməni işğalı faktoruna diqqət çəkib: “Bizim mübarizəmiz erməni havadarları olan Rusiya, İran, Fransa, ATƏT-in Minsk qrupu ilədir. Onlar imkan versə, torpaqlarımızı azad edərik. İran icazə verməsəydi, indi ermənilər ac-susuz oranı tərk edərdilər. Biz hərbi yolla da olsa, mübarizə aparıb torpaqlarımızı geri qaytaracağıq. İndi biz Təbrizə baxdığımız kimi, gələcək nəsilin də bu cür Qarabağa baxmasını istəmirik”.
Anar Kəlbiyev