Modern.az

Millət vəkili Türk telekanallarında çıxış edib

Millət vəkili Türk telekanallarında çıxış edib

Təhsil

15 May 2012, 14:40

Modern.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva Almaniyada Avropada yayımlanan Türk kanallarında Dağlıq Qarabağ problemindən danışıb.

Deputat Daglıq Qarabağ münaqişəsi ilə bağlı Avropada yayımlanan Türk kanallarında geniş çıxışlar edib. “Kanal Avropa”-nın yayımında Ermənistanın Qarabağda törətdiyi vandalism aktlarını diqqətə çatdırıb.

Millət vəkili həmçinin çıxışlarında bildirib ki, Azərbaycanın 20 faiz torpaqının 20 ildir Ermənistanın işğalı altında qalması sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsidir.

 “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi dəhşətlərə dünya laqeyid yanaşır. Amma biz  bunun belə davam etməsinə imkan verməməliyik və verməyəcəyik. AŞ, BMT  kimi beynəlxalq təşkilatların  Dağlıq Qarabağın  Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır.  Lakin Ermənistan bu qərarların heç birini həyata keçirmir. Amma  buna baxmayaraq Ermənistana bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin  dünyaya çatdırılması,  bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.  “Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir”-deyə Q.Paşayeva deyib.

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza