Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Herbert Kvelle ilə görüşüb.
ADP-dən Modern.az-a bildirlib ki, görüşdə Azərbaycanda ictimai siyasi vəziyyət, insan hüquq və azadlıqları, Almaniya ilə Azərbaycan, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr və əməkdaşlığın gələcək perspektivləri mövzusunda qarşılıqlı fikir mübadiləsi aparılıb.
S.Cəlaloğlu ADP-nin ölkəmizin Almaniya ilə əməkdaşlığına böyük önəm verdiyini qeyd edib və son vaxtlar bu ölkənin rəsmi nümayəndələrinə qarşı hökumətyönlü mətbuat səhifələrində aparılan təbliğat kompaniyasının səhv olduğunu, səfirin diqqətinə çatdırıb.
S.Cəlaloğlu Azərbaycanın Avropaya inteqrasiyasının xalqımızın maraqlarına uyğun olduğunu, Azərbaycan xalqının demokratiya istədiyini və demokratik dünyadan bu istəyinin gerçəkləşməsi üçün beynəlxalq hüquqa uyğun olaraq yardımlar gözlədiyini və Almaniya dövlətinin bu baxımdan yaxşı mənada fərqləndiyini qeyd edib.
Modern.az