Modern.az

Meriya Müsavat Partiyasına cavab verdi

Meriya Müsavat Partiyasına cavab verdi

Təhsil

15 May 2012, 15:05

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının qurultayla bağlı növbəti müraciətinə cavab verib. Bu barədə partiyadan Modern.az-a daxil olan məlumata görə, Bakı Meriyası Müsavatın təklif etdiyi yerlərdə qurultay keçirməyin məqsədəuyğun olmadığını bəyan edib. BŞİH bu dəfə Müsavat Partiyasına VII qurultayını keçirmək üçün Bakıxanov qəsəbəsindəki A. İsgəndərov adına Mədəniyyət Evini, Maştağa qəsəbəsindəki M. Məmmədyarov adına Mədəniyyət Evi, Əmircan qəsəbəsindəki S. Bəhlulzadə adına Mədəniyyət Evini və Əhmədli qəsəbəsindəki “Bakı” kinoteatrını təklif edib. 

Qeyd edək ki, Müsavat Partiyası bir müddət öncə meriyadan istədikəri cavabı almadıqları təqdirdə qurultay keçirmək üçün Türkiyə və Gürcüstan Respublikalarına müraciət edəcəklərini bildirmişdilər.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza