Modern.az

Avropa Olimpiya Komitəsinin prezidenti öldü

Avropa Olimpiya Komitəsinin prezidenti öldü

1 İyun 2020, 22:54

Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Yanez Koçiyançiç vəfat edib.

Modern.az xəbər verir ki, bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən keçmiş iş adamı və siyasətçi Lyublyanada ölüb.

2017-ci ildə EOC-un prezidenti vəzifəsinə təyin olunan 79 yaşlı idman rəsmisinin ölümünə səbəb xərçəng xəstəliyi olub. O, 1991-2014-cü illərdə Sloveniya Olimpiya Komitəsinin prezidenti vəzifəsini icra edib.



Qeyd edək ki, Yanez Koçiyançiç ötən il Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi