Modern.az

İsa Qəmbər Saakaşviliyə müraciət etməyə hazırlaşır

İsa Qəmbər Saakaşviliyə müraciət etməyə hazırlaşır

Təhsil

15 May 2012, 15:34

Müsavat Partiyası VII qurultayını keçirmək üçün qonşu Gürücstan və Türkiyə Respublikalarına müraciət edəcək. Bu barədə Modern.az-a Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu məlumat verib. T.Yaqublu qeyd edib ki, Bakı şəhər İcra Hakimiyyətinin mayın 15-də verdiyi cavabdan sonra partiya bir müddət öncə qurultayın xaricdə keçirilməsi ilə bağlı qərarına təşkilat komitəsində baxılıb, yekun rəyə gəlinəcək.

“Biz bir müddət əvvəl partiyada qurultay məsələsini müzakirə edərkən qurultayın xaricdə keçirilməsi təklifi irəli sürüldü. Hətta, biz öz tərəfdaşlarımıza müraciət edərək bildirmişdik ki, xarici pasportlarını düzəltsinlər. Sadəcə olaraq Bakı Şəhər İcra Hakimiyyəti bu dəfə də bizə qurultay keçirmək üçün uyğun bir yer vermədi. Biz yaxın günlərdə bu məsələ ilə bağlı son qərarımızı verəcəyik”-deyə T.Yaqublu vurğulayıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti qurultay keçirmək üçün Bakıxanov qəsəbəsindəki A.İsgəndərov adına Mədəniyyət Evini, Maştağa qəsəbəsindəki M.Məmmədyarov adına Mədəniyyət Evini, Əmircan qəsəbəsindəki S. Bəhlulzadə adına Mədəniyyət Evini və Əhmədli qəsəbəsindəki “Bakı” kinoteatrını təklif edib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza