Modern.az

Yerə doğru təhlükəli asteroid yaxınlaşır

Yerə doğru təhlükəli asteroid yaxınlaşır

Aktual

2 İyun 2020, 08:00

Şənbə günü ölçüləri 250-570 metr olan və potensial təhlükə hesab edilən bir asteroid Yerə yaxınlaşacaq.

 

Modern.az xəbər verir ki, bu barədə NASA-nın tədqiqat bölmələrindən birinin saytında bildirilib.

 

Asteroid planetimizlə ən yaxın məsafədən iyunun 6-da Bakı vaxtı ilə saat 07:20-də keçəcək. Alimlər həmin vaxt onun Yerlə toqquşacağına dair proqnoz verməyib. Çünki səma cismi Ayın orbitindən 13 dəfə uzaq məsafədən keçəcək. Bununla yanaşı, asteroidin hərəkət trayektoriyası Yerin orbiti ilə kəsişdiyindən, o, ciddi təhlükə hesab olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi