Modern.az

Alı Qocayev Samuxun Təhsil Şöbəsinin müdirini işdən çıxartdı

Alı Qocayev Samuxun Təhsil Şöbəsinin müdirini işdən çıxartdı

Ölkə

15 May 2012, 17:23

Bir müddət öncə Samux rayonu İcra Hakimiyyətinin başçısı təyin olunan Alı Qocayev kadr islahatlarına start verib. Modern.az saytının məlumatına görə, uzun illərdir Samux rayon Təhsil şöbəsinin müdiri postunda çalışan Hidayət Əhmədov Alı Qocayev tərəfindən vəzifəsizndən azad olunub.
Məlumatı Samux rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.  Saytımıza bildirilib ki, Hidayət Əhmədovun yaşı 65-dən yuxarı olduğu üçün təqaüdə göndərilib. Samux rayon Təhsil şöbəsinin müdiri vəzifəsində isə hələ kimi işləcəyəcəyi məlum deyil.

Prezident İlham Əliyevin aprelin 18-də imzaladığı sərəncamla Alı İbrahim oğlu Qocayev Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb, Samux rayonu İcra Hakimiyyətinin başçısı təyin edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər