Mayın 15-də Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Qurumun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub.
Qərarlarının icrası barədə məlumat nəzərə alınıb.
CUMH İdarə Heyətinin yığıncağına ACP lideri R. Quliyev internet vasitəsilə qoşulub. Hərəkatın fəaliyyəti ilə əlaqədar aparılan ciddi müzakirələr zamanı fikir ayrılıqları ortaya çıxıb. Müzakirələrin növbəti yığıncaqda davam etdirilməsi qərara alınıb.
DCUMH İdarə Heyəti 2012-ci il may ayının 19-da Bakı şəhərində Xalq Gəzintisinə çıxmaq haqqında qərar qəbul edib.
Modern.az